Referans Hayat Hospital, Yasamal ray., Mətbuat pr. 35A, Bakı
I-VI günlər: 09:00 - 17:00

Babasilin lazerlə müalicəsi: Təsir mexanizmi və üstünlükləri

📅 Oktyabr 26, 2026 | ✍️ Müəllif: Dr. Cavan Xubanov (Ümumi cərrah, Proktoloq)
Бабасиль

Lazerlə müalicə babasil düyünlərini daxildən termal koaqulyasiyasina əsaslanır. Bu zaman xüsusi optik vasitə ilə yüksək enerjili işiq şüası birbaşa düyünün daxilinə yeridilir. Dalga uzunlugu 1470 nm olan lazerdən istifadə olunur. Bu dalga uzunlugu su və hemoglobin tərəfindən yüksək dərəcədə udulur. Ətrafdaki saglam selikli qisa ve anal sfinkter əzələlərinə zərər vermədən yalnız patoloji qan damarlarına təsir edir. Termal təsirdən sonra babasil düyünləri büzülür sklerozlaşir ve 3-4 həftə ərzinde atrofiyaya ugrayir.

Babasil xəstəliyinin lazerlə müalicəsi əsasən aşağıdakı hallarda faydalı olur.a) 2 ci dərəcəli babasil: Konservativ müalicəyə cavab verməyən və tez-tez qanayan daxili düyünlərdə.b) Dərəcə III Babasil: Defekasiya zamani xaricə cixan və əlle yerine qoyulan duyunler (En ideal xeste qrupudur). Kombina olunmus formalar: Daxili duyunlerin lazerle mualicesi ve eyni seansda minimal xarici hemorroidal eksciziya

Lazerlə Babasil əməliyyatına Əks-Göstərişlər

A) Yerli Əks-Göstərişlər

  • Kəskin infeksiyalar və iltihablar: Anal nahiyədə və ya düz bağırsaqda kəskin infeksion proses, paraproktit (irinli iltihab) olduqda lazer tətbiq edilmir. Əvvəlcə iltihab müalicə olunmalıdır.
  • Babasil düyünlərinin kəskin trombozu və nekrozu: Düyünlərdə genişmiqyaslı tromblaşma (laxtalanma) və ya toxuma ölümü (nekroz) varsa, lazer tətbiqi effektiv olmaya bilər.
  • Böyük ölçülü və fiksasiya olunmayan düyünlər: Çox irəliləmiş mərhələlərdə (xüsusilə düz bağırsağın selikli qişasının sallanması ilə müşayiət olunan 4-cü mərhələdə) təkbaşına lazer bəzən yetərli olmur və klassik cərrahi üsullara üstünlük verilir.
  • Onkoloji xəstəliklər: Düz bağırsaq nahiyəsində bədxassəli şişlərin olması.

B) Ümumi və Sistem Xəstəlikləri

  • Qan laxtalanma pozuntuları: Ağır dərəcəli koagulopatiya (qanın laxtalanmaması) və ya idarə oluna bilməyən qanaxma riskləri olan xəstələr.
  • Kəskin dekompensasiya mərhələsində olan xəstəliklər: Ağır ürək, qaraciyər, böyrək çatışmazlığı və idarə edilə bilməyən şəkərli diabet.
  • İmmunçatışmazlıq vəziyyətləri: Orqanizmin infeksiyalara qarşı müqavimətinin həddindən artıq aşağı olması (sağalma prosesini riskə atır).

Lazer üsulunun digər Klassik əməliyyatlardan fərqi

  • Kəsik və Tikiş: Ənənəvi cərrahi üsullarda (məsələn, açıq hemoroidektomiya) toxumalar cərrahi alətlərlə kəsilir və tikiş qoyulur ki, bu da geniş açıq yaralara səbəb olur. Lazer üsulunda isə xüsusi optik fiber vasitəsilə daxildən istilik enerjisi verilir, toxuma kəsilmədən kiçildilir və xaricdə heç bir çapıq qalmır.
  • Ağrı səviyyəsi: Klassik əməliyyatlardan sonra yaranın sağalması və hər tualetə çıxma zamanı şiddətli ağrılar yaşanır. Lazer zamanı toxuma travması çox az olduğuna görə postoperativ ağrılar minimal olur və xəstə güclü ağrıkəsicilərə ehtiyac duymur.
  • Qanaxma riski: Lazer enerjisi damarları tətbiq zamanı dərhal koaqulyasiya (lehimləmə) edir, bu da prosedur zamanı və ya sonra qanaxma riskini sıfıra endirir. Ənənəvi üsullarda isə qanitirmə və sonrakı sızmalar daha çox müşahidə olunur.
  • Bərpa və Gündəlik həyata qayıdış: Ənənəvi əməliyyatlardan sonra tam bərpa dövrü 2–4 həftə çəkir. Lazer əməliyyatı sonrası 1–3 gün ərzində normal həyat ritminə qayıda bilir.
  • Anesteziya növü: Klassik əməliyyatlar ümumi və ya tam spinal anesteziya tələb edir. Lazer proseduru zamanı isə adətən lokal anesteziya və ya yüngül sedasiya kifayət edir

Əməliyyatdan Sonra Baxım və Qulluq Qaydaları

Lazer prosedurlarında açıq yara və tikiş olmasa da, fəsadların qarşısını almaq və sağalmanı sürətləndirmək üçün müəyyən qaydalara əməl edilməlidir.

1. Qidalanma və Maye Qəbulu (Ən Vacib Amil)

  • Lifli qidalar: Nəcisin yumşaq olması və qəbizliyin qarşısını almaq üçün tərəvəz, meyvə, yulaf və tam taxıllı qidalara üstünlük verilməlidir.
  • Bol su: Gün ərzində mütləq 2–2.5 litr su içilməlidir.
  • Qadağalar: İlk həftələrdə acı, həddindən artıq ədviyyatlı, qızardılmış yeməklər, spirtli və qazlı içkilər tamamilə dayandırılmalıdır. Qəbizlik və ya ishal yaradan qidalar yaranı qıcıqlandıra bilər

2. Gigiyena və Yerli Qulluq

  • Təmizlik: Hər nəcis ifrazından (defekasiyadan) sonra nahiyəni sərt tualet kağızı ilə silmək olmaz. Bunun əvəzinə ilıq və ya soyuq su ilə yuyunmaq və yumşaq dəsmalla astaca qurutmaq lazımdır.
  • Oturma vannaları: Həkimin məsləhətinə uyğun olaraq, gündə 2-3 dəfə 10-15 dəqiqə müddətinə ilıq su oturma vannaları etmək anal nahiyədəki əzələ spazmını və gərginliyi azaldır.

Yerli məlhəmlərdən istifadə.

Dr. Cavan Xubanov

Dr. Cavan Xubanov

Ümumi cərrah, proktoloq. Referans Hayat Hospital Cərrahiyyə şöbəsində ən müasir lazer texnologiyaları ilə əməliyyatları icra edir.

💬 Həkimlə Bu Mövzuda Əlaqə Saxla ➔
💬 📞
📞 Zəng Et 💬 WhatsApp 🩺 Qəbula Yazıl
Back To Top