Op. Dr. Cavan Xubanov lazer proktologiyası ilə yanaşı, ümumi və laparoskopik (qapalı) qarın boşluğu cərrahiyyəsi sahəsində geniş ixtisaslaşmış cərrahdır. Referans Hayat Hospitalın müasir əməliyyatxana blokunda bütün mədə-bağırsaq, öd yolları, qaraciyər və qarın divarı əməliyyatları beynəlxalq standartlarla icra edilir.
İcra Olunan Əsas Cərrahi İstiqamətlər
- Yoğun və Düz Bağırsaq Cərrahiyyəsi: Bağırsaq poliplərinin endoskopik çıxarılması, kolorektal şiş əməliyyatları, bağırsaq keçməzliyi və stoma bərpası;
- Laparoskopik Öd Kisəsi Əməliyyatı (Xolesistektomiya): Öd daşı xəstəliyi və öd kisəsi poliplərinin qarnı kəsmədən, 3 kiçik dəlikdən qapalı üsulla xaric edilməsi;
- Qarın Yırtıqlarının Tor (Mesh) Plastikası: Qasıq, göbək, bud, diafraqma və əməliyyatdan sonrakı (ventral) yırtıqların laparoskopik və açıq üsulla residivsiz bərpası;
- Qaraciyər və Mədə Patologiyaları: Qaraciyər exinokok kistalarının və mədə-nazik bağırsaq törəmələrinin cərrahi müalicəsi.
Hansı Əlamətlərdə Ümumi Cərraha Müraciət Edilməlidir?
Sağ qabırğaaltında yeməkdən sonra yaranan sancı və kürəyə vuran ağrı, qasıq və ya göbək nahiyəsində qabarma, qarının sol tərəfində ağrı, səbəbsiz arıqlama və xroniki həzm pozuntuları zamanı vaxt itirmədən müayinədən keçmək ağır fəsadların qarşısını alır.