Referans Hayat Hospital, Yasamal ray., Mətbuat pr. 35A, Bakı
I-VI günlər: 09:00 - 17:00

Babasil xəstəliyinin təkrarlanma səbəbləri və profilaktikası

📅 Oktyabr 26, 2026 | ✍️ Müəllif: Dr. Cavan Xubanov (Ümumi cərrah, Proktoloq)
Бабасиль

Babasilin (hemorroy) əməliyyatdan sonra təkrarlanması proktologiyada mümkündür və bu, çox vaxt əməliyyatın uğursuz olması deyil, pasiyentin həyat tərzini dəyişməməsi və ya anatomik faktorlarla bağlıdır. Cərrahi əməliyyat zamanı yalnız mövcud olan, genişlənmiş babasil düyünləri xaric edilir. Lakin həmin nahiyədəki digər normal damarlar yerində qalır və zərərli vərdişlər davam edərsə, onlar da genişlənərək yeni babasil düyünlərinə çevrilə bilər.

Əməliyyatdan sonra babasilin təkrarlanmasının (residiv verməsinin) əsas səbəbləri aşağıdakılardır:

1. Xroniki qəbizlik və gücənmə

Əməliyyat nə qədər mükəmməl icra olunsa da, qəbizlik problemi həll edilməzsə, xəstəlik mütləq geri dönəcəkdir. Defekasiya (bayıra çıxma) zamanı davamlı olaraq gücənmək düz bağırsaq ətrafındakı venoz damarlarda təzyiqi artırır. Bu yüksək təzyiq zamanla qalan sağlam damarların da genişlənməsinə və sallanmasına yol açır.

2. Qidalanma rejiminin pozulması

Lifli qidalardan uzaq olmaq, kifayət qədər su içməmək nəcis kütləsinin bərkiməsinə səbəb olur. Həmçinin acı, ədviyyatlı, qızardılmış yeməklər, spirtli içkilər və həddindən artıq qəhvə istehlakı kiçik çanaq orqanlarında qan dövranını stimullaşdırır və damarların genişlənməsinə şərait yaradır.

3. Oturaq həyat tərzi və ya ağır fiziki iş

  • Hərəkətsizlik: Gün ərzində saatlarla oturaq vəziyyətdə işləmək (məsələn, sürücülər, ofis işçiləri) çanaq nahiyəsində qan durğunluğuna (staza) səbəb olur.
  • Ağır yük qaldırmaq: Ağır idman növləri ilə məşğul olmaq və ya ağır yüklər qaldırmaq qarın daxili təzyiqi kəskin şəkildə artırır ki, bu da düz bağırsaq venalarını gərir.

4. Anatomik və genetik meyllilik

Bəzi insanların anadangəlmə venoz damar divarları zəif olur. Bu pasiyentlərdə nəinki babasil, həmçinin ayaqlarda varikoz genisliyi ehtimalı da yüksək olur. Damar divarının elastikliyi zəif olduqda, ən kiçik təzyiq belə yenidən damar genişlənməsinə səbəb ola bilir.

5. Əməliyyat metodunun seçimi və icrası

Bəzi yüngül xassəli və ya qeyri-cərrahi metodlar (məsələn, rezin həlqə ilə boğma, skleroterapiya, infraqırmızı koaqulyasiya) ilkin mərhələlərdə effektiv olsa da, gecikmiş mərhələlərdə tətbiq edildikdə təkrarlanma riski radikal cərrahiyyəyə (Hemorrodektomiya) nisbətən daha yüksəkdir. Həmçinin, əməliyyat zamanı daxili düyünlərin qidalandırıcı damarlarının tam bağlanmaması da residivə zəmin yarada bilər.

Əməliyyatdan sonra babasilin təkrarlanmasının (residiv verməsinin) əsas səbəbləri aşağıdakılardır:

Təkrarlanmanın qarşısını necə almalı?

  • Lifli qidalanın: Rasionunuzda meyvə, tərəvəz, göyərti və tam taxıl məhsullarını artırın.
  • Bol su için: Gün ərzində çəkinizə uyğun olaraq 1.5 – 2 litr təmiz su qəbul edin.
  • Tualet vərdişlərinə diqqət edin: Unitaz üzərində uzun müddət oturub telefonla oynamaq və ya kitab oxumaq olmaz. Defekasiya hissi gələn kimi tualetə gedilməlidir.
  • Aktiv olun: Hər 45-60 dəqiqəlik oturaq işdən sonra 5 dəqiqəlik piyada gəzinti edin.

Anatomik Reallıq: "Üç Əsas Yastıqcıq" Prinsipləri

İnsan orqanizmində anal kanalın daxilində nəcisin saxlanmasına və sızmasının qarşısını almağa kömək edən 3 əsas kavernöz (budaqlanmış) damar yastıqçığı (pake) mövcuddur.

Əməliyyat zamanı nə baş verir? Cərrah yalnız tamamilə korlanmış, patoloji dərəcədə genişlənmiş daxili və ya xarici düyünləri kəsib götürür.

  • Təkrarlanma mexanizmi: Kanalın daxilində funksiyasını davam etdirən digər daha kiçik, mikroskopik damar strukturları və qalan digər pakelər yerində qalır. Əgər əməliyyatdan sonra qarın daxili təzyiq yüksək qalmağa davam edərsə, bu kiçik damarlar zamanla genişlənir, hipertrofiyaya uğrayır və 3-5 il sonra "tamamilə yeni babasil düyünləri" kimi qarşımıza çıxır.

Yanlış Diaqnoz və "Gözdən Kaçan" Digər Patologiyalar

Bəzən pasiyentlər əməliyyatdan sonra xəstəliyin dərhal qayıtdığını düşünürlər. Lakin əksər hallarda bu, babasilin təkrarlanması deyil, yanaşı gedən digər proktoloji problemlərin düzgün müalicə olunmamasıdır:

  • Anal Çat (Makat çatlağı): Əgər pasiyentdə həm babasil, həm də anal çat varsa və əməliyyatda yalnız babasil götürülübsə, çatın verdiyi kəskin ağrı və qanaxma xəstəyə "babasilim sağalmadı" hissi verir.
  • Düz Bağırsağın Daxili Sallanması (İntussusseptasiya): Bağırsaq divarının daxili sallanması zamanı pasiyent davamlı olaraq tualetdə tam boşala bilməmə hissi yaşayır və gücənir. Bu davamlı gücənmə rejimində edilən hər hansı babasil əməliyyatı qısa müddətdə uğursuzluqla nəticələnir.

Cərrahi Metodun Seçimi və Texniki Səhvlər

Müasir proktologiyada tətbiq edilən metodların hər birinin öz residiv (təkrarolunma) faizi var:

  • Minimal invaziv üsullar (Lazer, Rezin həlqə, Skleroterapiya): Bu üsullar 1-ci və 2-ci mərhələ babasildə çox effektivdir. Lakin xəstəlik 3-cü və ya 4-cü mərhələyə keçibsə və bu yüngül üsullarla icra edilibsə, damar kökləri tam məhv edilmədiyi üçün 1-2 il ərzində təkrarlanma riski 20-30%-ə qədər yüksələ bilər.
  • Radikal Cərrahiyyə (Milligan-Morgan üsulu): Mövcud düyünləri tamamilə kəsib götürən bu radikal üsulda təkrarlanma riski ən minimumdur (təxminən 2-5%). Lakin bu metodda da əgər cərrah düyünü qidalandıran magistral arteriyanı (damar kökünü) tam dərindən bağlamayıbsa, həmin nahiyədə yenidən qan dolması və düyünləşmə baş verə bilər.

4. Əməliyyatdan Sonra Davam Edən "Zərərli Tualet Alışqanlıqları"

Çox az insan bilir ki, insan anatomiyası tualetdə uzun müddət oturmağa uyğunlaşmayıb.

  • Tualetdə keçən vaxt: Tualetdə 5 dəqiqədən artıq oturmaq, xüsusən də telefonla vaxt keçirmək anal sfinkterin (büzücü əzələnin) gərilməsinə və düz bağırsağa gedən qanın geri qayıtmasının çətinləşməsinə səbəb olur.
  • Xroniki ishal (Diareya): Hər kəs qəbizliyin zərərini bilir, lakin xroniki ishal da eyni dərəcədə təhlükəlidir. Tez-tez və sulu defekasiya zamanı anal kanal davamlı olaraq qıcıqlanır, infeksiyalaşır və damar divarları zəifləyərək yenidən iltihabi babasil kəskinləşmələrinə yol açır.

Nadir Ağırlaşma: Anal Stenoz (Daralma) və Təkrar Gücənmə

Uğursuz və ya həddindən artıq aqressiv icra olunmuş babasil əməliyyatlarından sonra anal kanalda çapıq toxuması (fibroz) inkişaf edə bilər ki, bu da anal kanalın daralmasına (anal stenoz) səbəb olur.Kanal daraldıqda pasiyent nəcis ifrazı zamanı həddindən artıq ağrı çəkir və məcburi olaraq daha çox gücənməli olur. Bu süni yaradılmış yüksək təzyiq isə qalan digər sağlam damarları sürətlə sıradan çıxarır və xəstəlik qısa müddətdə qayıdır.

Kompleks Profilaktika: Nə Etməli?

Əgər babasil əməliyyatı keçirmisinizsə və ya planlaşdırırsınızsa, xəstəliyin bir daha təkrarlanmaması üçün bu 3 qızıl qaydaya ömürlük əməl etməlisiniz:

  • Defekasiya Mexanikası: Tualetə gedərkən ayaqlarınızın altına təxminən 20-25 sm hündürlüyündə kiçik bir kətil (skamya) qoyun. Bu, düz bağırsaq əzələsini (puborektal əzələ) tam sərbəstləşdirir, bağırsağın bucağını düzəldir və gücənmədən, rahat boşalmağa şərait yaradır.
  • Medikamentoz Dəstək: Əməliyyatdan sonrakı ilk aylarda həkim məsləhəti ilə damar divarlarını möhkəmləndirən flebotonik (venotonik) preparatların kurslarla qəbulu qalan damarların gərilməsinin qarşısını alır.
  • Mikroflora və Nəcis Yumşaldılması: Rasionda psyllium (bağa yarpağı qabığı) və ya həkimin təyin etdiyi yüngül laktuloza tərkibli şərbətlərlə nəcis kütləsinin hər zaman "diş pastası" yumşaqlığında qalmasını təmin etmək lazımdır.
Dr. Cavan Xubanov

Dr. Cavan Xubanov

Ümumi cərrah, proktoloq. Referans Hayat Hospital Cərrahiyyə şöbəsində ən müasir lazer texnologiyaları ilə əməliyyatları icra edir.

💬 Həkimlə Bu Mövzuda Əlaqə Saxla ➔
💬 📞
📞 Zəng Et 💬 WhatsApp 🩺 Qəbula Yazıl
Back To Top